İDMAN
Arda Turan Çempionlar Liqasında həftənin oyunçusu seçilib
Bakı, 9 dekabr, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının son turunun ən yaxşı oyunçusunun adı açıqlanıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, həftənin oyunçusu adına 58 faiz səs toplayan İspaniyanın “Barselona” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan layiq görülüb.
Türkiyə millisinin üzvü qrup mərhələsinin VI turunda “Barselona”- “Borussiya Münxenqladbax” matçında 3 qol və bir məhsuldar ötürmənin müəllifi olub. A.Turanı 17 faiz səslə Robert Levandovski (“Bavariya”) izləyib. Səkkiz faiz səs toplayan Andrey Yermalenko (“Dinamo Kiyev”) isə səsvermədə üçüncü yeri tutub. Siyahıda Kərim Benzema ("Real Madrid"), Andre Silva ("Portu"), Lukas Perez ("Arsenal"), Qonsalo İquain ("Yuventus") və Harri Keyn ("Tottenhem") kimi futbolçular da yer alıb.
Xatırladaq ki, “katalonlar”la Almaniya təmsilçisinin qarşılaşmasında meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]