Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ərdəbildə Azərbaycan-İran biznes-forumu keçirilib və Anlaşma memorandumları imzalanıb

Ərdəbil, 24 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes-forum keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və sair sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.

Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanan “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. İranda 1,7 kilometr dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Ötən il, həmçinin Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

Ş.Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes-forum, işgüzar görüş və sərgilər keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. Bütün bunlar isə, iş adamları arasında əlaqələrin genişlənməsinə imkanlar açır.

Şahin Mustafayev bildirib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin məzarını ziyarət edib və bu, bizdə böyük təəssürat yaradıb. Bu gün inkişaf edən dostluq, mehriban qonşuluq münasibətləri, tarixi köklər xalqlarımızı bir-birinə bağlayır, yaxın mədəniyyət və eyni dinə mənsubuq.

İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Azərbaycanla iqtisadi əməkdaşlığın Ərdəbil vilayəti üçün böyük maraq kəsb etdiyini deyib. Qeyd edib ki, bu əlaqələr daha da genişləndirilməlidir. Turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsinin inkişaf etdirilməsi üçün biznes-forumun rolu böyükdür.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən iş adamları arasında əməkdaşlıq imkanlarına, Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib.

Sonra AZPROMO və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.

Elvin Camalov

AZƏRTAC-ın müxbiri

Ərdəbil

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib