ELM VƏ TƏHSİL


Ərdəbildə “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin birinci cildinin onlayn təqdimatı olub

Bakı, 22 fevral, AZƏRTAC

İran İslam Respublikasının Ərdəbil şəhərində “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin birinci cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib. Tədbirdə İran alimləri ilə yanaşı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Türkiyə alimlərindən Əli Qafqasyalı və Seyfəddin Altaylı iştirak ediblər.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademik Möhsün Nağısoylu lüğətin əhəmiyyətindən danışaraq, onun imkanları, söz və ifadələri haqqında məlumat verib. Bildirilib ki, müəlliflər kənd-kənd, oba–oba gəzərək lüğəti ərsəyə gətiriblər.

Lüğət Ayətullah Seyyid Həsən Amilinin təşəbbüsü ilə Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyət tərəfindən tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.