MƏDƏNİYYƏT


Ərdoğan Kök: Azərbaycan “EXPO 2023” botanika sərgisində iştirak edərsə, onun guşəsi ən çox ziyarət edilənlərdən biri olacaq VİDEO

Kahramanmaraş, 2 avqust, AZƏRTAC

EXPO sərgiləri ümumilikdə beynəlxalq səviyyəli və dünya əhəmiyyətli layihələrdir. Bu mənada Kahramanmaraş “EXPO 2023” botanika sərgisi təkcə Türkiyə üçün deyil. Onun əhatə dairəsi və faydalılığı böyük bir coğrafiyanı əhatə edəcəkdir. Əminliklə deyə bilərik ki, “EXPO 2023” Parkı nümunəvi imkanlara məxsus nadir layihə əsasında qurulan məkandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin “EXPO 2023” botanika sərgisində beynəlxalq məsələlər üzrə müşaviri, səfir Ərdoğan Kök ifadə edib.

Xarici ölkələrin “EXPO 2023” botanika sərgisində guşə yaratmağa böyük önəm verdiklərini vurğulayan səfir Ərdoğan Kök əminliklə bildirib ki, Azərbaycanın Kahramanmaraşdakı sözügedən botanika sərgisində iştirak edəcəyi təqdirdə, bu ölkənin guşəsi ən çox ziyarət edilənlərdən biri olacaq.

Xatırladaq ki, Kahramanmaraş “EXPO 2023” botanika sərgisi gələn il aprel ayında açılacaq və altı ay davam edəcək. Xarici ölkələr üçün də bölmələrin nəzərdə tutulduğu “EXPO 2023” İstirahət Park Kompleksi özündən əvvəlki eyni funksiyalı təcrübələr də nəzərə alınmaqla nadir layihə əsasında tikilməkdədir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.