DÜNYA


Ərdoğan: NATO Türkiyə və terror qrupları arasında seçim etməlidir

Bakı, 14 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun ölkəsinə lazımi dəstək vermədiyini deyib və alyansı Ankara və terror qrupları arasında seçməyi etməyə çağırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, həmçinin baş verənləri bəlkə də Türkiyənin NATO-da yeganə müsəlman dövləti olması ilə izah edib.

“Biz NATO-nun üzvüyük və alyansın beşinci maddəsi var (Nizamnamənin beşinci maddəsinə əsasən, üzv ölkələrdən birinə hücum edilən zaman NATO-nun bütün ölkələri buna cavab verməlidir). Biz terror təşkilatının təhdidi qarşısındayıq. NATO-nun beşinci maddəsinə uyğun olaraq alyans bizimlə olmalıdır. Siz bizimləsiniz ya terrorçularla? Dəqiq cavab verimirlər”, - deyə Prezident jurnalistlərlə söhbətində bildirib.

Bundan başqa, Türkiyə prezidenti telefonla danışıqlar apardığı Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Consonun “ciddi dezinformasiya təzyiqi altında olduqlarını” qeyd edib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı “Sülh çeşməsi” əməliyyatına başlayıb. Son məlumata görə, əməliyyatın beş günü ərzində 550 terrorçu zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.