DÜNYA


Ərəb Liqası Misirin təklifinə əsasən Liviyada vəziyyətlə bağlı təcili iclas çağıracaq

Qahirə, 20 iyun, AZƏRTAC

Ərəb Dövlətləri Liqası Misirin təklifinə əsasən Liviyadakı vəziyyətlə bağlı Xarici İşlər nazirləri səviyyəsində təcili virtual iclas çağıracaq.

AZƏRTAC xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Hüssam Zəki bildirib. O qeyd edib ki, hazırda Ərəb Liqasına sədrlik edən Omanla məsləhətləşmələr aparılır və iclasın gələn həftə keçiriləcəyi nəzərdə tutulur. Qahirənin təklifini ərəb ölkələrinin əksəriyyəti dəstəkləyib.

Bir neçə gün əvvəl Misir Prezidenti Əbdülfəttah əl-Sisi liviyalı feldmarşal Xəlifə Həftar və Liviya parlamentinin spikeri Aquila Saleh ilə keçirdiyi görüşdən sonra Qahirənin sülh planını açıqlamışdı. Planda silahlı münaqişə tərəfləri arasında dərhal atəşkəs əldə edilməsi, sülh danışıqlarına başlanılması nəzərdə tutulur. Misir Prezidentinin elan etdiyi Qahirə Bəyannaməsini BMT, Fransa, İtaliya, Almaniya və ərəb ölkələrinin əksəriyyəti dəstəkləyib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.