DÜNYA


Ərəb Parlamenti islamofobiya ilə əlaqədar BMT və dünya parlamentlərinə müraciət ünvanlayıb

Qahirə, 30 oktyabr, AZƏRTAC

Ərəb Parlamentinin Qahirədə keçirilən iclasında son günlər İslam Peyğəmbərinin karikaturaları və Qərb ölkələrində islamofobiya meyillərinin güclənməsi ilə əlaqədar yaranmış gərginliklə bağlı BMT-yə və dünya parlamentlərinə müraciət qəbul edilib.

AZƏRTAC xəbər verir ki, müraciətdə planetimizdə sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə islamofobiya, habelə İslamın terrorizmlə eyniləşdirilməsinə son qoyulması, müsəlmanların etiqad və hüquqlarına hörmətlə yanaşılması tələb edilir. Eyni zamanda, Fransada kilsədə törədilən vəhşi qətliam da pislənilir, terrorizmə qarşı mübarizənin qlobal səviyyədə gücləndirilməsinin zəruriliyi vurğulanır. Qeyd olunur ki, İslam sülh və tolerantlıq dinidir, müsəlmanlar isə digər dinlərə etiqad edənlərlə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirlər.

Ərəb ölkələrinin parlamentariləri söz azadlığı adı altında İslam Peyğəmbərinin təhqir edilməsinin yolverilməz olduğunu bir daha vurğulayıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.