DÜNYA


Ərəb Qadın Parlamentariləri Forumu təsis ediləcək

Qahirə, 20 sentyabr, AZƏRTAC

Ərəb Parlamenti növbəti sessiyasında Ərəb Qadın Parlamentariləri Forumunun təsis edilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyinə açıqlamasında Ərəb Parlamentinin sosial, təhsil, mədəniyyət və qadın məsələləri daimi komitəsinin sədri Mastura Əl-Şəmmari bildirib.

Komitə sədri deyib ki, forumun təsis edilməsindən əsas məqsəd ərəb ölkələrində qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini istiqamətində mexanizmlərin, qanunvericilik aktlarının işlənib hazırlanmasıdır. O əlavə edib ki, Ərəb Parlamentinin nəzdində fəaliyyət göstərəcək yeni strukturun beynəlxalq qadın təşkilatları və ayrı-ayrı ölkələrin parlamentlərinin qadın üzvləri ilə geniş əməkdaşlığı da nəzərdə tutulur.

M.Əl-Şəmmari bildirib ki, hazırda bir çox ərəb ölkələrində, xüsusilə Misir, İordaniya, Əlcəzairdə qadınlar qanunverici məclislərdə geniş təmsil olunurlar. Ərəb Qadın Parlamentariləri Forumu onlarla sıx əlaqə saxlayacaq, təklif və layihələri nəzərdən keçirəcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.