MƏDƏNİYYƏT
Ərəb bloger: Bakı artıq şopinq məkanına çevrilib
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Şopinq Festivalı unikal mövsümi hadisədir. Bu festival Azərbaycanın turizmin inkişafı sahəsində qısa vaxt ərzində böyük irəliləyişə nail olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri festivalın saytına turizm eksperti, tanınmış ərəb blogeri, “Kunuz əs-Siyaha” turizm konsaltinq qrupunun təsisçi Ənvər Abdullah Əbu Nəcm deyib.
Bakı Şopinq Festivalının dünyanın bir sıra analoji festivalları ilə rəqabət apara bildiyini deyən bloger onun sosial şəbəkələrdə, yerli və dünya KİV-lərində geniş işıqlandırıldığını vurğulayıb. Budəfəki festival müdhiş endirimlərlə turistlərin diqqətini çəkib. Bakı artıq unudulmaz şopinqin məkanına çevrilir.
Qeyd edək ki, ərəb bloger sosial şəbəkələrdə turizmlə bağlı paylaşımları ilə məşhurdur. Onun “twitter”də idarə etdiyi “Azərbaycan ərəblərin gözü ilə” səhifəsinin 15 minə yaxın izləyicisi var. Ənvər Abdullah Əbu Nəcmin təsisçi olduğu Kunuz əs-Siyaha qrupunun "Türkiyə ərəblərin gözü ilə" “twitter” səhifəsinə isə 158 min insan baxır. Bunlarla yanaşı, qrupun “telegram”, “youtube” və b. şəbəkələrdə də hər iki adda səhifələri mövcuddur.