DÜNYA


Ərəb dənizində göyərtəsində neftçilər olan helikopter qəzaya uğrayıb

Bakı, 13 yanvar, AZƏRTAC

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin Twitter səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı da olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin taleyindən isə hələlik xəbər yoxdur. Qəzanın səbəbləri məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.