SİYASƏT


Ərəb mediası Prezident İlham Əliyevin Bolqarıstana səfəri haqqında materiallar yayımlayıb

Qahirə, 1 oktyabr, AZƏRTAC

Ərəb mediası Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyində daha da artan rolu haqqında fikirlərinə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Darelmaaref” qəzetində dərc olunmuş iqtisadi icmalçı Dalia Kamilin məqaləsində Azərbaycanın dövlət başçısının bolqarıstanlı həmkarı Rumen Radevlə görüşündən sonra mətbuata bəyanatından sitatlar təqdim edilib. Müəllif qeyd edib ki, Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalandığını və növbəti bir neçə ildə Avropaya qaz ixracatının ən azı 2 dəfə artırılacağını söyləyib. O vurğulayıb ki, bu kontekstdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox faydalı olacaq.

Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ilə bağlı fikirləri “SkyNews Arabia” telekanalının efirində də yer alıb. Reportajda çıxış edən enerji ekspertləri dövlətimizin başçısının Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olması və Avropaya qaz ixracının iki dəfə artırılacağı, Aİ ilə imzalanmış Memorandum barədə fikirlərini, onun Bolqarıstan Prezidenti və Yunanıstan Baş naziri ilə keçirdiyi görüşləri şərh edib, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi barədə məlumat veriblər.

Dövlətimizin başçısının Bolqarıstana rəsmi səfəri ilə bağlı “Əl Balad” və “Newsformy” informasiya portallarında da xəbərlər yayımlanıb.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.