SİYASƏT


Ərəb mətbuatı Ermənistanın növbəti hərbi təxribatı barədə xəbərlər yayıb

Qahirə, 27 sentyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbdilli mətbuatın diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Misirin “Asiaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Aldiplomasy” internet nəşrləri, “Rayetmısr” və “Egyptnewsonline” portalları Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini, Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını, Müdafiə Nazirliyinin məlumatlarını yayıb.

Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalı Ermənistanın və separatçı, qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycana qarşı növbəti təcavüzü, dinc insanların qətlə yetirilməsi və mülki obyektlərin dağıdılması barədə reportaj yayıb. Telekanalın müxbiri qeyd edib ki, düşmənə layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücuma keçib.

Digər nüfuzlu televiziya kanalı – “Əl Ərəbiyə” də Ermənistanın hərbi təcavüzü haqqında reportajı efirə verib. Telekanalın müxbiri qeyd edib ki, Azərbaycan təxribatçı Ermənistanın silahlı qüvvələrinə güclü zərbələr endirir.

Ermənistanın hərbi təcavüzü ərəb ölkələrinin digər mətbuat orqanları – “Arabnews”, “Gulf Times”, “Khaleejtimes”, “Thenational” tərəfindən geniş işıqlandırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.