SİYASƏT


Ərəb mətbuatında Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti haqqında məqalə dərc edilib

Ərəb mətbuatında Prezident İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti haqqında məqalə dərc edilib

Qahirə, 8 fevral, AZƏRTAC

İordaniyanın “Nayrouz” informasiya agentliyi, İraqın “Əl Mədain”, “Əfkar Hürə” və “Mustağila” portallarında Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik və sərkərdəlik məharəti haqqında məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyevin diplomatik, siyasi və sərkərdəlik məharəti İkinci Qarabağ müharibəsində Qələbəni təmin etdi” sərlövhəli məqalədə dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində torpaqların işğaldan azad olunduğu və Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi diqqətə çatdırılır. Yazının müəllifi, azərbaycanlı şərqşünas Həşim Məmmədov qeyd edir ki, istər müharibədən əvvəl aparılan danışıqlar prosesində, istərsə də hərbi əməliyyatların keçirildiyi müddətdə Ermənistanın havadarlarının müxtəlif təzyiqlərini uğurla dəf edən Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq mediaya müsahibələrində xalqımızın ədalətli mübarizəsini faktlar və sənədlərlə müdafiə edib. O, eyni zamanda, qüdrətli iqtisadiyyat və ən müasir silah və texnika ilə təchiz edilmiş güclü ordu qurub və bu amillər böyük Zəfərin rəhni olub. Qalib ölkənin Prezidenti müharibədən sonra da təkcə Azərbaycanda deyil, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmin olunması, tərəqqi naminə fəaliyyətini davam etdirir.

Məqalədə ərəb ölkələrinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan Azərbaycanla sıx əməkdaşlığından da bəhs edilib. Müəllif diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və başda Səudiyyə Ərəbistanı olmaqla, bütün ərəb dövlətləri ilə ölkəmiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.