DÜNYA


Ərəb ölkələri-Rusiya əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib

Qahirə, 22 yanvar, AZƏRTAC

Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbu əl-Ğeyt ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon söhbəti olub.

AZƏRTAC ƏDL-in məlumatına istinadla xəbər verir ki, tərəflər nazirlər səviyyəsində Rusiya-ərəb əməkdaşlıq forumunun keçirilməsinə hazırlıq məsələsini müzakirə ediblər.

Qarşıdakı Rusiya-ərəb forumuna hazırlıqla əlaqədar Rusiya-ərəb əməkdaşlıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər, Yaxın Şərqdə baş verən son hadisələr, o cümlədən Fələstin məsələsinin tənzimlənməsinə dair səylərin artırılması, Suriya böhranının genişlənməsi və onun nizamlanmasına dair beynəlxalq və regional səylər müzakirə mövzusu olub.

Xatırladaq ki, Rusiya-ərəb Əməkdaşlıq Forumu Rusiyada keçiriləcək.

Asya Hacızadə

AZƏRTAC –ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.