İQTİSADİYYAT


Ərəb portalı: Azərbaycan manatı güclü iqtisadiyyatın rəmzidir

Qahirə, 25 iyun, AZƏRTAC

Körfəzin ərəb ölkələrinin iqtisadi portalı “M7et” Azərbaycanın milli valyutası haqqında analitik məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan manatının 1992-ci il avqustun 15-dən dövriyyəyə buraxıldığı, 2006-cı il yanvarın 1-dən isə denominasiya haqqında Prezident Fərmanına uyğun olaraq yeni nəsil pul nişanlarının tədavüldə olduğu qeyd edilib.

Məqalədə əsginasların üzərindəki qrafik rəsmlər, həmçinin mühafizə elementləri haqqında məlumat verilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan manatı regionda ən sabit pul vahidi kimi qiymətləndirilir. Bunun arxasında isə neft-qaz ixracatçısı, artıq donor ölkəyə çevrilmiş Azərbaycanın iqtisadi gücü dayanır. Hazırkı qlobal böhran şəraitində AZN Körfəzin qüdrətli iqtisadiyyata malik olan ölkələri – BƏƏ, Səudiyyə Ərəbistanı, Qətərin milli valyutaları ilə birlikdə öz sabitliyini qoruyub saxlayır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.