ELM VƏ TƏHSİL


Ərəbşünaslıq Mərkəzində “Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim təşkil edilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Avrasiya Universitetinin nəzdində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzində “Ərəb xətt növləri: Siyaqət xətti” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının apardığı təlimdə əsas ərəb xətt növlərindən danışılıb.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

Xatırladaq ki, Ərəbşünaslıq Mərkəzi Bakı Avrasiya Universiteti ilə Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin əməkdaşlığı çərçivəsində yaradılıb. Mərkəzin təsis edilməsi ilə bağlı müqavilə 2019-cu ilin fevralında imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.