MƏDƏNİYYƏT


Argentina Azərbaycan rəssamlarının gözü ilə

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı, akademiyanın və Argentinanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Argentina Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi Argentinanın Müstəqillik Gününə həsr olunub.

Tədbirdə Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella bildirib ki, sərgidə əsərləri nümayiş etdirilən 50-dən çox rəssam Argentinada olmadan oranın mədəniyyətini, musiqisini, ənənələrini və mənzərəsini düşündüyü kimi təsvir edib. İki ölkə arasında məsafə çox böyük olsa da, xalqlar bir-birinə yaxındır və bu yaxınlıq mədəni tədbirlərin keçirilməsi ilə əldə olunur. Hər iki xalq fərqli mentalitetə çox açıq düşüncə ilə yanaşır.

Serxio Osvaldo Perez Qunella onu da deyib ki, Azərbaycana yenicə səfir təyin edilməsinə baxmayaraq, bu ölkənin insanları tərəfindən daim gülərüz qarşılandığının şahidi olub. Buna görə də Azərbaycan xalqına xüsusi təşəkkür edir.

Elnurə İsgəndərova qeyd edib ki, sərginin məqsədi Argentina-Azərbaycan mədəni əlaqələrinə töhfə verməkdir.

Tədbirdə ifa olunan Azərbaycan rəqsi böyük coşqu ilə qarşılanıb.

Sonra iştirakçılara səfirlik tərəfindən diplomlar verilib, xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.