İQTİSADİYYAT


Argentina Azərbaycanda nüvə tədqiqatları və kosmik sənaye sahələrinə maraq göstərir

Bakı, 20 sentyabr (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RİTN) AZƏRTAC-a bildirilib ki, nazir Əli Abbasov Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və kosmik texnologiyalar və nüvə tədqiqatları sahəsi üzrə ixtisaslaşan “İNVAP” şirkətinin departament rəhbəri Ruben Mazzi ilə görüşüb.

Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayan Əli Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu bildirib. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yüksək potensialın olduğunu vurğulayan nazir gələcək fəaliyyət istiqamətlərindən bəhs edib.

Argentina şirkətlərinin Azərbaycanda fəaliyyətindən söz açan diplomat “İNVAP”-ın ölkəmizdə həyata keçirilən növbəti peyk layihələri ilə bağlı tenderlərdə iştirak edəcəyini bildirib. Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində nüvə reaktorlarının qurulmasında yaxından iştirak edən şirkət RİTN-nin nəzdində yaradılan Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyətinə də maraq göstərir və artıq bununla bağlı müzakirələrə başlanılıb.

Görüşdə nüvə tədqiqatları və kosmik sənaye sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.