DÜNYA


Argentina BVF-ə 1 milyard dollardan çox borcunu yaxın günlərdə qaytarmalıdır

Madrid, 28 yanvar, AZƏRTAC

Argentina çoxmilyardlıq “bomba” ilə üzləşib: ölkənin Beynəlxalq Valyuta Fonduna (BVF) borcunun ödənilməsinin son müddəti yaxınlaşır, lakin borcun ödənilməsi barədə danışıqların nə ilə bitəcəyi məlum deyil.

AZƏRTAC xəbər verir ki, illər boyu valyuta və borc böhranları ilə üzləşən Argentina BVF-ə 730 milyon dollar borcunu artıq bu gün və daha 365 milyon dollar borcunu gələn həftənin çərşənbə axşamı günü qaytarmalıdır.

Prezidentin mətbuat katibi Qabriela Çerrutinin sözlərinə görə, 2028-ci ildə verilmiş uğursuz ssudanın müddətinin uzadılması barədə Argentina ilə BVF arasında danışıqlar son aylarda düyünə düşüb: ortamüddətli iqtisadi plan çərçivəsində ölkənin büdcə kəsirinin necə azaltmalı olması barədə fikir ayrılıqları yaranıb. Nəticədə 1 dollarlıq suveren istiqrazların qiyməti 30 sentdən aşağı düşüb.

Yanvarın 27-də yüzlərlə insan BVF-ə etiraz əlaməti olaraq Buenos-Ayres küçələrinə çıxıblar. Nümayişçilərin çoxu BVF-i sərt qənaət tədbirlərinə görə təqsirləndirirlər. 2001-2002-ci illərdə bu səbəbdən yaranmış iqtisadi böhran Argentina sakinlərini dilənçi vəziyyətinə salıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.