SİYASƏT
Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupları yeni tərkibdə təsdiq edilmişdir
Bakı, 27 iyun (AZƏRTAC). Argentina Respublikası Milli Konqresinin Senat və Deputatlar Palatasında 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan ilə parlamentlərarası dostluq qrupları yeni tərkibdə təsdiq edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Senatda Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 9 üzvü, Deputatlar Palatasında isə Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun 8 üzvü vardır.
Hər iki ildən bir Argentina Milli Konqresinin müəyyən hissəsinin yenilənməsi ilə bağlı keçirilən parlament seçkilərindən sonra bütün parlamentlərarası dostluq qruplarının tərkibi yenidən təsdiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]