DÜNYA


Argentina Ukraynaya silah tədarükünü planlaşdırmır

Argentina Ukraynaya silah tədarükünü planlaşdırmır

Bakı, 29 yanvar, AZƏRTAC

Argentina və Latın Amerikası ölkələri Ukraynaya silah tədarük etməyi planlaşdırmır.

AZƏRTAC “interfax”a istinadla xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes bildirib.

Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra keçirilən mətbuat konfransında o deyib ki, Argentina və Latın Amerikası ölkələri Ukraynaya və ya başqa münaqişə zonalarına silah göndərməyi planlaşdırmır.

Xatırladaq ki, bu həftənin əvvəlində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukraynaya tanklar verilməsi ilə bağlı Berlinin xahişini rədd etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.