DÜNYA


Argentina: itən sualtı qayığın ekipajının xilasına ümid qalmayıb

Bakı, 25 noyabr, AZƏRTAC

Atlantik okeanında Argentinaya məxsus “San-Juan” sualtı qayığın axtarışları davam edir. Lakin hadisə 9 gün bundan öncə baş verdiyi üçün ekipaj üzvlərinin xilas edilməsinə ümid qalmayıb. Belə ki, qayıqda yalnız bir həftəlik oksigen ehtiyatı olub.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, sualtı qayıqdan siqnal son dəfə o, Argentina sahillərindən 480 kilometr cənubda olarkən alınıb. Sualtı qayıqda partlayışın baş verdiyi ehtimal edilir.

İtkin düşən ekipaj üzvlərinin ailələri hökumət orqanlarının qəzanın səbəblərini və sualtı qayığın yoxa çıxmasını vaxtında müəyyən edə bilməməsindən hiddətlənib. Həmçinin Prezident Maurisio Makri hökuməti tərəfindən hərbi sektorun maliyyələşməsinin azaldılması onun liberal kabinetinin siyasətindən narazılıqları artırır.

Xatırladaq ki, “San-Juan” sualtı qayığı noyabrın 15-də “Uşuaya” limanından Mar-del-Plata şəhəri istiqamətində üzən zaman onunla əlaqə kəsilib. Qayığın göyərtəsində 44 nəfər ekipaj üzvü olub. Son əlaqə zamanı ekipaj qayıqda qəza baş verdiyi barədə məlumat çatdırıb.

Hazırda axtarış əməliyyatlarında ABŞ, Fransa, Böyük Britaniya, Braziliya, Çili və Rusiya da yaxından iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.