İDMAN


Argentina millisi yarımfinalda Xorvatiyaya rəqib olub

Bakı, 10 dekabr, AZƏRTAC

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Lusail” stadionunda keçirilən oyunda 35-ci dəqiqədə argentinalı Nauel Molina hesabı açıb. Matçın ilk hissəsi Argentina millisinin minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Qarşılıqlı hücumlar şəraitində başlayan ikinci hissədə Messi Argentina millisini hesabda önə keçirib. Forvard 73-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Qarşılaşmanın 83-cü dəqiqəsində niderlandlı futbolçu Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb. Matçın 90+11-ci dəqiqəsində V.Veqhorst dubl edərək hesabı bərabərləşdirib – 2:2. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi mərhələ adlayıb – 4:3.

Argentina seçməsi yarımfinalda Xorvatiya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.