İDMAN


Argentina və Braziliya milliləri arasında matç təkrar oynanılacaq

Argentina və Braziliya milliləri arasında matç təkrar oynanılacaq

Bakı, 10 may, AZƏRTAC

FIFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Braziliya arasındakı matçın təkrar oynanılacağını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Oyun ötən il sentyabrın 5-də San-Pauloda keçirilməli idi. Ancaq demək olar ki, start fitindən dərhal sonra matç dayandırılıb. Buna səbəb Argentina millisinin futbolçuları Covani Lo Selso, Kristian Romero və Emiliano Martinezin meydana daxil olması olub. Braziliyanın səhiyyə orqanlarının məlumatına görə, futbolçular son iki həftədə qaldıqları yerlər barədə yanlış məlumatlar təqdim etdikləri üçün koronavirusla bağlı ölkəyə giriş qaydalarını pozublar.

Qarşılaşmanın təkrar oynanılacağı tarix daha sonra açıqlanacaq.

Qeyd edək ki, Argentina və Braziliya yığmaları artıq Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.