İDMAN


Argentina yığması mundialın dörddəbir final mərhələsində

Bakı, 4 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Avstraliya yığmasına qalib gələn Argentina seçməsi dörddəbir finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Əhməd ibn Əli” stadionunda oynanılan matçda ilk qolu Argentina millisi vurub. Qarşılaşmanın 35-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza atmaqla hesabı açıb. Fasiləyə Argetina millisi minimal üstünlüklə yollanıb.

Matçın 57-ci dəqiqəsində avstraliyalı qapıçı Metyu Rayanın səhvindən istifadə edən Julian Alvares komandasını hesabda önə keçirib. Görüşün 77-ci dəqiqəsində argentinalı yarımmüdafiəçi Entso Fernandes avtoqolla yadda qalıb. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.

Beləliklə, görüş Argentina millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dörddəbir finala yüksələn komanda bu mərhələdə Niderland yığması ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.