SİYASƏT


Argentinada Azərbaycanın müstəqilliyinin bərpası günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycanın müstəqilliyinin bərpası günü ilə əlaqədar Argentinada bir sıra sosial-humanitar və məlumatlandırıcı xarakterli tədbirlər keçirilib.

Ölkəmizin Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, ilk olaraq, Buenos Ayres əyalətinin paytaxtı La Plata şəhərinin mərkəzi parklarından biri olan “Plaza Almafuerte de Gonnet”də ağacəkmə kampaniyası keçirilib. Kampaniyada La Plata şəhərinin meri Xulio Qarro (Julio Garro) və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan səfirliyi tərəfindən ianə edilmiş 100 ağaca dair lövhənin açılış mərasimindən sonra çıxış edən səfir Rəşad Aslanov 18 oktyabr tarixinin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyəti barədə məlumat verib, La Plata şəhərinin bu humanitar tədbirin reallaşması üçün əməkdaşlığının yüksək qiymətləndirildiyini əlavə edib. Mer X.Qarro Azərbaycan Respublikası üçün bu qədər önəmli bir tarix münasibətilə səfirlik tərəfindən ianə məqsədilə məhz La Plata şəhərinin seçilməsindən məmnunluq ifadə edib və gələcək layihələr üçün də əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Bununla yanaşı, 18 oktyabr tarixində ilk dəfə olaraq, paytaxt Buenos Ayres şəhərinin 3 məkanı - Usina del Arte çoxfunksiyalı mədəniyyət mərkəzinin tarixi binası, Lazema sarayı və şəhərin simvollarından hesab edilən Floralis Generica Buenos Ayres meriyası tərəfindən Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Həmçinin oktyabrın 19-da Argentina Şahmat Federasiyasının üzvü olan Metropolitan Şahmat Federasiyası ilə birlikdə Buenos Ayres şəhərinin şahmat məktəblərinin aşağı qrupları arasında “Azərbaycan kuboku” uğrunda şahmat çempionatı keçirilib. Tədbirdə Metropolitan Şahmat Federasiyasının prezidenti Alexandro Sass (Alejandro Sass) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb və zəngin şahmat ənənələri olan Azərbaycanla bundan sonra da müxtəlif səviyyələrdə əməkdaşlıq etməyə və Azərbaycanın bu sahədə təcrübəsindən faydalanmağa hazır olduqlarını bildirib.

Səfir Rəşad Aslanov yarış iştirakçılarının gələcəkdə peşəkar şahmatçılar qismində ölkəmizdə keçiriləcək mötəbər çempionatlarda iştirak edəcəyinə ümidvar olduğunu bildirib və bundan sonra da bu kimi layihələrin reallaşmasında əməkdaşlığın davam etdiriləcəyini deyib.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.