DÜNYA


Argentinada COVID-19-dan ölənlərin yeni acı rekordu müəyyənləşdirilib

Madrid, 1 may, AZƏRTAC

Argentinanın Səhiyyə Nazirliyi son 24 saat ərzində 561 nəfərin koronavirusdan öldüyünü bildirib. Bu, 2020-ci ildə pandemiya elan ediləndən ən yüksək göstəricidir. Argentinada ümumilikdə bu virusdan 63 min 508 nəfər vəfat edib.

AZƏRTAC xəbər verir ki, Argentina koronavirusa yoluxanların sayını stabilləşdirməyi bacarsa da, bu cümə axşamı yenidən koronavirusdan sutkalıq ölüm rekordunu qırıb. Belə ki, 2021-ci ildə ölənlərin 83,3 faizini yaşı 60-dan yuxarı olanlar təşkil edib.

Eyni zamanda, 26 min 56 koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanların ümumi sayı artıq üç milyon nəfərə yaxınlaşır. İki həftə bundan əvvəl isə, koronavirusa yoluxanların ümumi sayı təxminən 30 min nəfər təşkil edib.

Bu Cənubi Amerika ölkəsi Buandos Ayresdəki və ölkənin digər böyük şəhərlərindəki reanimasiya şöbələrində sıxlığa səbəb olmuş ikinci pandemiya dalğası ilə qarşılaşıb.

Paytaxtda dövlət xəstəxanalarındakı terapiya çarpayılarının 86 faizi COVID-19 infeksiyasına yoluxmuş xəstələrin payına düşür.

Ölkə hökuməti koronavirusun yayılmasına qarşı mübarizədə yeni məhdudiyyətlər elan edib. Lakin indi sərt karantin rejiminin tətbiq edilməsi nəzərdən keçirilmir.

Argentinada peyvənd kampaniyası ləng aparılır. Hazırda 40 milyon əhalinin yalnız 7,8 milyonuna vaksinin birinci dozası vurulub. Hər iki dozanı isə, təxminən bir milyon nəfər ala bilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.