DÜNYA
Argentinada G20 sammitinin əleyhinə etiraz aksiyaları keçirilir
Bakı, 29 noyabr, AZƏRTAC
Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti əleyhinə keçirilən etiraz aksiyalarında 50 minə yaxın insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, Infobae portalının yaydığı məlumata görə, noyabrın 28-də etirazçılar şəhərin əsas prospektində hərəkəti iki saat ərzində dayandırıblar. Aksiya iştirakçıları sammit, Beynəlxalq Valyuta Fondu və ölkənin hazırkı Prezidenti Maurisio Makri administrasiyasının əleyhinə plakatlar qaldırıblar. Ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar da etiraz aksiyalarına qoşulub.
KİV-lərin məlumatına əsasən, noyabrın 29-da və 30-da Argentinada G20 sammiti ilə bağlı yeni aksiyalar planlaşdırılıb.
Qeyd edək ki, G20 sammiti noyabrın 30-dan dekabrın 1-dək Buenos-Ayresdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]