Argentinada buğda məhsulu illik müqayisədə 35 faiz azalıb
AzerTAg.az

Bakı, 20 oktyabr, AZƏRTAC
Cari mövsüm Argentinada buğda yığımı 15 milyon ton təşkil edəcək ki, bu da ötən illə müqayisədə 34,8 faiz azdır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, qiymətləndirmə Rosario şəhərinin Ticarət Palatasının oktyabrın 19-da dərc edilən hesabatında yer alıb.
“Oktyabr ayına olan məlumatlara görə, bu il Argentinada buğda yığımı 15 milyon ton səviyyəsində olacaq. Ötən mövsüm 23 milyon ton məhsulun yığıldığını nəzərə alsaq, bu ilki göstərici 34,8 faiz azdır”, - deyə sənəddə bildirilir.
Ticarət Palatası azalmanın əsasən şaxta və quraqlıq ucbatından baş verdiyini deyib. Belə ki, təbii amillər buğda istehsalının 1,5 milyon ton azalmasına səbəb olub.
Bir müddət öncə BMT Qara dəniz vasitəsilə taxıl ixracı müddətinin uzadılması və bunun Ukraynadan ixraca təsiri ilə bağlı artan qeyri-müəyyənlik səbəbindən sentyabrda dünya bazarında buğdanın qiymətinin 2,2 faiz bahalaşdığını bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var