DÜNYA


Argentinada ictimai nəqliyyatda kriptovalyuta ilə ödəniş mümkündür

Bakı, 8 fevral, AZƏRTAC

Rəqəmsal pulların tətbiq edildiyi sahələr artmaqda davam edir. Argentinada avtobuslarda, qatarlarda və metroda bitkoindən istifadəyə başlanılıb.

AZƏRTAC bitcoin.com saytına istinadla xəbər verir ki, təmassız SUBE (Sistema Único de Boleto Electrónico) milli smart-kartlarının istifadəçiləri Argentinanın 37 şəhərində həmin kartlardan ictimai nəqliyyatda (avtobus, metro və qatarlarda) gediş haqqını bitkoinlə ödəmək üçün yararlana bilərlər. Bu, “Alto Viaje” operatorunun “Bitex” maliyyə-texniki şirkəti ilə əməkdaşlığı sayəsində mümkün olub.

İstifadəçilər kriptovalyutadan başqa SUBE kartlarını “PayPal” sisteminin köməyi ilə də yükləyə bilərlər. Bitkoində minimal məbləğ 50 peso (cari məzənnəyə əsasən 1,32 ABŞ dolları) təşkil edir. Daha sonra platformaya “Rapipago” şəbəkəsi də qoşula bilər ki, burada da kommunal hesablar, xüsusi xidmətlər və vergilər üzrə ödənişlər nəzərdə tutulub.

Bundan əvvəl Fransanın tütün mağazalarında rəqəmsal pulu əldə etmək üçün vauçerlərin satışına başlayıblar. Yanvarın əvvəllərində 6 ticarət məntəqəsində bitkoin və “Ethereum” kriptovalyutalarını almaq təklif olunurdusa, yaxın günlərdə onların sayının yüzü ötməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.