DÜNYA


Argentinada koronavirusa yoluxanların təsdiqlənmiş sayı bir milyonu ötüb

Madrid, 20 oktyabr, AZƏRTAC 

Argentinada yeni koronavirusa yoluxanların təsdiqlənmiş sayı bazar ertəsi günü bir milyonu ötüb. Argentina Latın Amerikası üzrə ikinci, dünya üzrə isə bu həddə çatmış beşinci ölkədir.

AZƏRTAC Argentinanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə artıq 1 002 662 nəfər COVID-19-a yoluxub, 26 716 nəfər isə bu xəstəlikdən həyatını itirib.

Latın Amerikası COVID-19-dan ən çox zərər çəkmiş regiondur.

Qeyd edək ki, yoluxanların daha yüksək sayı təsdiqlənmiş on ölkə əhalisinin yarısı Latın Amerikasında yaşayır.

Braziliyada koronavirusa yoluxanların sayı iyun ayında bir milyon nəfərə çatıb. Hazırda COVID-19-a yoluxanların sayı 5,2 milyon nəfər təşkil edir. Yaxın həftələrdə digər üç Latın Amerikası ölkəsində, Kolumbiya, Meksika və Peruda, COVID-19-a yoluxanların sayının milyon nəfərə çatacağı proqnozlaşdırılır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.