DÜNYA
Argentinada yanğınlar 800 min hektara yaxın bitki örtüyünü məhv edib
Bakı, 19 fevral, AZƏRTAC
Argentinanın Korrientes əyalətində yanğınlar 785 min 238 hektar bitki örtüyünü məhv edib.
AZƏRTAC xəbər verir ki, “Clarin” qəzeti bu barədə yerli hakimiyyət orqanlarının peyk görüntüləri əsasında hazırladığı məruzəyə əsasən məlumat yayıb.
İlk yanğın ocaqları yanvar ayının ortalarında görünməyə başlayıb və tez bir zamanda geniş bataqlıq və meşə sahələrini əhatə edib. Yanğından zərər görən ərazi əyalətin ümumi sahəsinin demək olar ki, 9 faizini təşkil edir.
Regionun qubernatoru Qustavo Valdes “Mitre” radiostansiyasının efirində deyib ki, hazırda əyalət ərazisində 30 min hektar meşə sahəsi yanır. Onun sözlərinə görə, təbii fəlakətlə bağlı vəziyyət uzun sürən quraqlıq səbəbindən daha da ağırlaşıb və yalnız yağış alovla mübarizədə nəfəs almağa imkan verə bilər. Sinoptiklərin məlumatına görə, fevralın 20-də bölgədə yağış yağacağı gözlənilir.
Qeyd edək ki, dünyanın ikinci ən böyük bataqlıq ərazisi olan “Esteros del Ibera” təbiət qoruğu Korrientes əyalətində yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]