Argentinalı məhkəmə antropoloqu: İtkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan xüsusi qurumun mövcudluğu təqdirəlayiqdir
AzerTAg.az

Bakı, 24 may, AZƏRTAC
Bakıda təşkil olunmuş “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” beynəlxalq konfransı münaqişələrdən sonra itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası zamanı məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının tətbiq olunması mövzusuna həsr olunub. Bu tədbir zamanı aparılan müzakirələr və təklif olunan yeni yanaşmalar itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası zamanı istifadə olunan mexanizmlərin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında argentinalı məhkəmə antropoloqu Luis Fondebrider söyləyib.
Məhkəmə antropoloqu qeyd edib ki, Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan xüsusi qurumun mövcudluğu təqdirəlayiq haldır. Ancaq bu birinci addımdır. İtkin düşmüş şəxslərin axtarışı və identifikasiyası sahəsində işlərin daha səmərəli aparılması üçün bu qurumun ölkənin digər təşkilatlarla birlikdə əlaqəli şəkildə işləməsi də vacibdir.
Xəbərin mətnində orfoqrafik səhv var