MƏDƏNİYYƏT


Argentinanın quş yuvalama qoruğu - Laquna Blanka Milli Parkı

Bakı, 1 oktyabr, AZƏRTAC

Laquna Blanka Milli Parkı Argentinanın Neuquén əyalətindəki turizm məkanı olan Zapala şəhərindən cəmi 32 kilometr qərbdə yerləşir.

AZƏRTAC xəbər verir ki, park 1940-cı ildə yaradılıb və onun 11 min 263 hektar ərazisi əyalətin əsas su obyektlərindən birini əhatə edir. Laquna Blanka dəniz səviyyəsindən 1270 metr yüksəklikdə yerləşir və 30 kilometr uzunluğunda su sahilinə, həmçinin 1700 hektar səthə malikdir.

Bu yerdə müxtəlif su quşları yuva qurur. Ən çox rast gəlinən müxtəlif növ qu quşları Laquna Blankanın Ramsar Konvensiyası tərəfindən yaradılmış əhəmiyyətli bataqlıq ərazilər siyahısına daxil edilməsini təmin edib.

Qeyd edək ki, qoruğu yaratmaqda əsas məqsəd ölkədə olan müxtəlif növ qiymətli qu quşlarının ən böyük populyasiyalarından birinin qorunmasıdır. Bu, təxminən 100 növ quşun olduğu Laquna Blanka Milli Parkının ən əhəmiyyətli yuvalama sahəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.