SİYASƏT


Argentinanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Bakı, 14 mart, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini bildirib, gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb. Xüsusilə iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlərin mövcud olduğu vurğulanıb.

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının cari ilin oktyabr ayında keçiriləcək 18-ci Sammitinə Argentina Respublikasının müşahidəçi qismində dəvət edildiyini vurğulayan nazir bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.

Səfir Serxio Osvaldo Perez Qunella ölkəsinin bütün sahələrdə, xüsusilə iqtisadi müstəvidə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ticari əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov Argentina səfirinə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Serxio Osvaldo Perez Qunella etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.