ELM VƏ TƏHSİL


“Arı” və “Mirat” jurnalları yeni əlifbada” toplusu nəşr olunub

Bakı, 22 noyabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Arı” (1910-1911) və “Mirat” (1910) satirik jurnallarının komplektləri ərəb əlifbasından transfoneliterasiya edilərək toplu halında işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Arı” və “Mirat” jurnalları yeni əlifbada” adlı toplunun elmi redaktoru akademik İsa Həbibbəyli, transfoneliterasiya edən, lüğət, qeydlər, izahların müəllifləri, çapa hazırlayanları professor Vüqar Əhməd və elmi işçi Dilbər Rzayeva, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Rauf Sadıxov və Gülbəniz Babayevadır.

Topluda həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. Nəşrlərin komplektlərindən mətbuat tariximizin araşdırmaçıları, filoloqlar faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.