REGİONLAR


Arıçılar “Ağıllı fermer təsərrüfatı” layihəsi haqqında məlumatlandırılıblar

Gədəbəy, 16 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gədəbəy rayonunda “Ağıllı fermer təsərrüfatı” (SAF) layihəsi çərçivəsində kənd təsərrüfatı istehsalında dəyər zənciri üzvləri olan fermerlər, təchizatçılar və maliyyə institutları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinə dair maarifləndirici seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihə çərçivəsində yaradılmış arıçılıq fermer qrupunun üzvləri, bal istehsalı üzrə dəyər zənciri iştirakçıları, yerli icra nümayəndələri, eləcə də Şəmkir və Gəncədən gələn Azərbaycan Arıçılar Assosiasiyasının rəhbər və üzvləri iştirak ediblər.

İştirakçılara məlumat verilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən SAF layihəsi Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra olunur.

Sonra dəyər zənciri və onun mahiyyəti, bal istehsalında dəyər zənciri üzrə araşdırmaların nəticələri və arıçılıqla bağlı mövcud problemlərin analizi haqqında, eləcə də “aqromarket.az” portalı, “6030” aqrar qaynar xətti, Fermer TV və “Fermer info” SMS xidməti, kənd təsərrüfatında innovasiyaların və İKT-nin tətbiqi haqqında geniş məlumat verilib.

Sonda tədbirdə maliyyə institutlarını təmsil edən mütəxəssislər tərəfindən təchizatçı kimi çıxış edən iştirakçıların sualları cavablandırılıb və tərəflər arasında gələcəkdə əməkdaşlığın formaları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.