SİYASƏT


Arif Alvi: Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı layihələr ölkələrimiz arasındakı əlaqələrə xüsusi töhfə verir

Bakı, 17 sentyabr, AZƏRTAC

Yüksəksəviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətləri inkişaf etdirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkəyə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun etimadnaməsini qəbul edərkən deyib.

İki ölkə arasındakı yüksəksəviyyəli əlaqələrdən söhbət açan Pakistan Prezidenti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini vurğulayıb, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edən Arif Alvi Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.