İDMAN


Arif Hüseynov: “İdman-sağlamlıq, dostluq, birlik” müsabiqəsinə gənc rəssamların marağının böyük olması sevindiricidir

Bakı, 14 iyun, AZƏRTAC

“İdman-sağlamlıq, dostluq, birlik” rəsm müsabiqəsinə gənc rəssamların böyük maraq göstərməsi sevindirici haldır. Müsabiqə XV Avropa Gənclərinin Yay Olimpiya Festivalı ilə bağlı olaraq təşkil edilib. Bakının 50-yə yaxın məktəbindən müsabiqəyə rəsmlər təqdim olunub. Onların arasından seçilmiş ən yaxşı əsərlər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində nümayiş etdirilən sərgidə yer alıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “İdman-sağlamlıq, dostluq, birlik” mövzusunda təşkil edilən rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü, Xalq rəssamı, professor Arif Hüseynov deyib.

Arif Hüseynov qeyd edib ki, gənc istedadlar Azərbaycanın Olimpiya və idman hərəkatı, Avropa Oyunları, ayrı-ayrı idman növləri ilə bağlı maraqlı rəsmlər təqdim ediblər. O, onların arasında milli idman növlərinin yer aldığı rəsmlərin, eləcə də gimnastika və digər növlərlə bağlı rəngarəng əl işlərinin olduğunu bildirib. A.Hüseynov bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “İdman-sağlamlıq, dostluq, birlik” mövzusu bu sahədə gənc rəssamların imkanlarını ortaya qoymaqla yanaşı, XV Avropa Gənclərinin Yay Olimpiya Festivalının geniş şəkildə təbliğinə də böyük töhfədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.