İDMAN


Arif Rəhimov: Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır

Bakı, 16 yanvar, AZƏRTAC 

Britaniyanın “PricewaterhouseCoopers” agentliyi ilə tərəfdaşlıq şəraitində Azərbaycan Qran-Prisinin təşkilatçıları dörd il ərzində Formula 1 mərhələlərinin keçirilməsindən əldə edilən iqtisadi səmərənin 506 milyon dollar olması qənaətinə gəliblər. Bu halda birbaşa xərclər təxminən 300 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, Qran-Prinin keçirilməsindən ən çox mənfəət götürən turizm, nəqliyyat, mehmanxanalar və qidalanma ilə bağlı şirkətlər olub: onlar dörd il ərzində Formula 1 mərhələsi hesabına 73,8 milyon dollar qazanıblar.

Hər il əsasən gənclər üçün nəzərdə tutulan 7500-ə yaxın müvəqqəti iş yeri yaradılıb. Gənclər iri beynəlxalq idman tədbiri keçirilməsi sahəsində nadir təcrübə qazanıblar.

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib: “Biz həmişə vurğulamışıq ki, Formula 1-in Bakı mərhələsi sadəcə öyünməli hadisədən daha artıqdır. Qran-Pri iqtisadi, sosial və mədəni dəyişikliklərin hərəkətverici qüvvəsinə çevrilməli, sakinlər və əməkdaşlar üçün yeni imkanlar yaratmalı idi. Beləliklə, son illərdə ən cəsarətli gözləntiləri də üstələyə bilmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.