ELM VƏ TƏHSİL


Ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına yenidən imkan yaradılacaq

Ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına yenidən imkan yaradılacaq

Bakı, 17 mart, AZƏRTAC

Bu il buraxılış imtahanlarında iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun ötən illərlə müqayisəli statistikası və buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, həmin məzunlar aprelin 15-dən mayın 5-dək aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər.

Bildirib ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarında məzunların sayı daha çox olub.

“11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98 min 616 nəfər olub. 2 min 790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91 min 067 və 2 min 614 nəfər olub”, - deyə Məleykə Abbaszadə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.