İDMAN


Arkadi Dvorkoviç: FIDE şahmatda dələduzluğa qarşı mübarizə üçün lazımi maliyyə vəsaiti ayıracaq

Bakı, 12 oktyabr, AZƏRTAC 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatda dələduzluğa qarşı mübarizə üçün lazımi maliyyə vəsaiti ayıracaq.

Bu barədə jurnalistlərə FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib.

O deyib: “Şahmatda dopinq problemi yoxdur, amma ondan daha ciddi olan dələduzluq - elektron rabitə vasitələrindən istifadə etməklə fırıldaqçılıq problemi var. Bununla mübarizə aparılır, ancaq lazımi dərəcədə yox. Biz başa düşürük ki, buna qarşı mübarizə aparmaq üçün FIDE çərçivəsində icra edilməli ciddi fəaliyyət planı olmalıdır. Biz lazımi maliyyə vəsaiti ayıracaq və artıq növbəti ildə nəticələri görəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.