MƏDƏNİYYƏT
“Armani Junior”da şopinq həyəcanı
Bakı, 13 aprel, AZƏRTAC
“Armani Junior” mağazası bu gündən etibarən Bakı Şopinq Festivalına qoşulur.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, “Armani Junior”un turistlərin və Azərbaycan vətəndaşlarının axın edəcəyi məkanlardan birinə çevriləcəyi şübhəsizdir. Çünki burada seçilmiş malların qiymətləri 30 faizə qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədədir.
Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Armani Junior” mağazasından alınan mallara görə ƏDV-ni geri almaq da mümkün olacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Armani Junior”da alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!