CƏMİYYƏT


“Armudu” layihəsi çərçivəsində gənclərin növbəti görüşü Milli Məclisin deputatı Musa Qasımlı ilə olacaq

Bakı, 25 may, AZƏRTAC

Respublika Günü münasibətilə mayın 27-də Gənclər və İdman Nazirliyinin “Armudu” layihəsi çərçivəsində növbəti görüş tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı ilə olacaq.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 28 may tarixi Azərbaycan xalqının həyatına böyük və əlamətdar gün kimi daxil olub. Müsəlman şərqində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Görüşdə cümhuriyyət dövrünə bir daha nəzər salınacaq, onun tariximizdəki yeri və rolu ətraflı təhlil ediləcək, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrəniləcək. Eyni zamanda, gənclərimiz Azərbaycanın tarixi ilə bağlı fikirlərini alimlə bölüşmək imkanı əldə edəcəklər.

Saat 16:00-da başlayacaq onlayn görüşdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola və ya afişada qeyd edilən QR kod vasitəsilə qeydiyyatdan keçə bilər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSc142WnO7YAxMFdUSBmnTZNx58oGoEpO6Q93bDsMCxc0UHFMw/viewform?vc=0&c=0&w=1 

#MysAz #MysGovAZ #armudulayihəsi #MusaQasımlı #28may #AzərbaycanXalqCümhuriyyəti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.