İDMAN
Arsen Venger: Çempionluq uğrunda mübarizə təkcə “Mançester Siti” ilə “Çelsi” arasında getməyəcək
Bakı, 27 dekabr, AZƏRTAC
“Arsenal”ın baş məşqçisi Arsen Venger hesab edir ki, onun komandası İngiltərə çempionatının liderlərinə çata bilər. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, məşqçi komandasının geridə qalmasını futbolçuların çox zədə alması ilə izah edib.
A.Venger deyib: “Baxaq, görək yanvarda vəziyyət necə olacaq. Hər şey hələ dəyişə bilər və çempionluq mübarizəsi heç də təkcə “Mançester Siti” ilə “Çelsi” arasında getməyəcək. Düşünmürəm ki, “Arsenal”ın oyun keyfiyyəti azalıb. Yeni oyunçularımıza gəldikdə isə, onlara zəif demək olmaz. Amma idmançılarımızın çox zədə alması bizə baha başa gəlib. Biz Uolkott, Uilşir, Yezil, Debyuşi, Kosyelni, Arteta və Jiranı uzun müddət itirirdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]