İDMAN


“Arsenal” İngiltərə kubokunun onaltıdabir finalında “Mançester Yunayted” ilə qarşılaşacaq

Bakı, 8 yanvar, AZƏRTAC

Futbol üzrə İngiltərə kubokunun (FA Cup) onaltıdabir final mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, onaltıdabir finalda London təmsilçisi “Arsenal” klubu “Mançester Yunayted” ilə qarşılaşacaq. “Mançester Siti” komandası “Börnli” ilə üz-üzə gələcək. “Çelsi”nin rəqibi “Luton” - “Şeffild Uensdi” qarşılaşmasının qalibi olacaq. “Tottenhem” isə növbəti mərhələyə vəsiqə uğrunda “Kristal Palas”ı mübarizədən kənarlaşdırmağa çalışacaq.

Onaltıdabir final mərhələsinin digər qarşılaşmalarında aşağıdakı komandalar görüşəcəklər:

“Uimbldon” - “Vest Hem Yunayted”;

“Akkrinqton Stenley” - “Southemton” / “Derbi”;

“Barnet” - “Brentford”

“Bləkbörn Rovers” / “Nyukals” - “Vatford”;

“Brayton Hove Albion” - “Vest Bromviç Albion”;

“Bristol Siti” - “Bolton Uoanderers”;

“Donkaster Rovers” - “Oldhem Atletik”;

“Midlsburq” - “Nyuport Kaunti”;

“Milvol” - “Everton”;

“Portsmut” - “Kuins Park Reyncers”;

“Stouk Siti” - “Volverhempton”;

“Suonsi Siti” - Qillinqhem”.

İngiltərə kubokunun onaltıdabir final mərhələsinin oyunları yanvarın 26-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, İngiltərə kubokunun hazırkı sahibi “Çelsi” klubudur. “Arsenal” bu titulu digər klublardan daha çox - 13 dəfə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.