İDMAN


“Arsenal”–“Neftçi” matçını albaniyalı hakimlər briqadası idarə edəcək

Bakı, 20 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Arsenal” (Rusiya)–“Neftçi” matçına hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

Qeyd edək ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.