İDMAN


“Arsenal” klubu “Çelsi”nin futbolçusunu transfer edib

Bakı, 14 avqust, AZƏRTAC

İngiltərənin “Arsenal” klubu “Çelsi”nin futbolçusu Villianı transfer edib.

AZƏRTAC London təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, “topçular” braziliyalı yarımmüdafiəçi Villianla üçillik müqavilə imzalayıblar. O, azad agent statusunda transfer olunub.

Britaniya mətbuatı bildirir ki, “Çelsi” futbolçu ilə yeni şərtlərlə müqavilə imzalamaq istəməyib.

Villian “Arsenal”ın heyətində ilə 6 milyon avro qazanacaq. Braziliya millisinin futbolçusu “Arsenal”da 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian daha əvvəl Rusiyada “Anji”, Ukraynada “Şaxtyor” və ölkəsində “Korintians” klublarının formasını geyinib. Ötən mövsüm 47 oyunda meydana çıxan oyunçu 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.