İDMAN


“Arsenal” və “Mançester Yunayted” klubları almaniyalı yarımmüdafiəçi Marko Roys ilə maraqlanırlar

Bakı, 24 oktyabr, AZƏRTAC

Futbol üzrə Almaniya millisinin və “Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Marko Roys yay transfer pəncərəsində klubunu dəyişə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərənin “Arsenal” və “Mançester Yunayted” klubları yarımmüdafiəçini heyətlərinə qatmağa cəhd edirlər. Hər iki klub 28 yaşlı futbolçunun zədəsinin bərpasından sonra onunla danışıqlar aparmağa hazırlaşır. Roys isə klubu ilə müqaviləsi bitdikdən sonra ayrılmaq istədiyini bildirib.

“Borussiya Dortmund” klubu ilə müqaviləsinin müddəti 2019-cu ilin yayında başa çatan futbolçu zədə üzündən bu mövsüm oynaya bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.