İDMAN


“Arsenal”ın baş məşqçisi: “Qarabağ” bizdən xal alsa təəccüblənmərəm

Bakı, 3 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ” ilə oyun bizim üçün çox əhəmiyyətlidir. Bizim oyun qrafikimiz çox sıxdır. “Qarabağ” klubu hər il mühüm təcrübə qazanır. Belə turnirlər “Qarabağ” üçün artıq adiləşib.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 3-də “Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ilə səfər oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Qırx altı yaxşı ispaniyalı mütəxəssis bildirib ki, biz Bakıya əsas oyunçularımızın bir neçəsini gətirməmişik. Henrix Mxataryan psixoloji cəhətdən bu oyuna hazır deyildi. Aaron Ramsey ailə problemlərinə görə, Peter Çex isə zədə üzündən bu oyunu buraxmalı oldu. “Qarabağ” bizdən xal alsa təəccüblənmərəm. “Sportinq” klubuna qarşı səfər oyununda gözəl taktiki oyun nümayiş etdirdi. Finala qədər bizi uzun və çətin yol gözləyir. Hazırda əsas hədəfimiz sabahkı oyuna hazırlaşmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.